Paytaxtdakı “yaşıl soyqırım"a deputatdan reaksiya: “İstədiklərini edirlər…”

Paytaxtdakı “yaşıl soyqırım
 

"Qanunda dəyişiklik edib, ağacların kəsilməsini imtiyazlı təbəqələrin ixtiyarına buraxmalıyıq”

  

Sfera.az-a açıqlamasında bu sözləri Bakıda qanunsuz ağac kəsilməsi hallarının baş verməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Fazil Mustafa deyib:

 

"Ölkədə kimin imtiyazı varsa, istənilən ağacı kəsə, istənilən yolu bağlaya bilər. Bu istiqamətdə qanunda dəyişiklik etmək lazımdır. İki kateqoriyaya bölməliyik. Kimin imtiyazı varsa, istənilən yerdə ağac kəsə, yolu bağlaya, istənilən yerdə nə istəsə edə bilər. Amma imkansız insanlar üçün bu qadağan olunmalıdır. Avropa ölkələrində də əvvəllər buna bənzər qanunlar olub. Orada da imtiyazı olan şəxslər istənilən addımı ata bilərdilər. Ancaq fəaliyyəti məhdudlaşdırılan insanlar bu işləri görə bilməzdilər. Ona görə fikrimcə, Azərbaycan qanunvericiliyində də bu istiqamətdə dəyişiklik etmək gərəkdir. Artıq bütün məsələlərdə belə etməliyik. Çünki indiki məqamda yaşanan vəziyyət qanunun işləməməsinin göstəricisi olur. Ancaq dediyim dəyişiklik baş verərsə, qanunlar da ölkədə daha rahat işləyəcək. Artıq biləcəyik ki, istənilən imtiyazlı adamlar istənilən işi görə bilərlər. Ağacların dibinə kimyəvi turşu atıb onu məhv etdilər. Belə bir hadisənin olduğunu cəmiyyətdə heç xatırlayan da yoxdur. Kim bina tikmək istəyirsə, rüşvətini verib öz işini görür. Ona görə bu yolla da istənilən ağacı da məhv edirlər”.

 

Həmsöhbətimiz yarı zarafat, yarı ciddi düşünür ki, belə işləri yalnız imtiyazı olanların edə biləcəyini qanuna salsaq, bu halda cəmiyyətdə narahatlıq da yaranmaz: "Bu halda vətəndaşlar narahat olmur, prosesə alışırlar. Bunları deməkdə məqsədim odur ki, mövcud qanunlar qanunsuz ağac kəsilməsinin qarşısını ala bilmir. Ona görə heç olmasa qanunla prosesi leqallaşdıraq ki, gedib ağacları kəssinlər. Sonra da Bakı tamamilə ağacsız qalacaq. Onda da başımıza daş düşəndən sonra düşünəcəyik ki, necə edək imtiyazları ləğv edək”.


ELÇİN


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...