Paytaxtda bir çox ağac qəsdən qurudulur

Paytaxtda bir çox ağac qəsdən qurudulur

Hər gün şəhər ərazisində tərəfimizdən altıya yaxın qurumuş ağac kökündən çıxarılır.

 

Bunu Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, mövsümdə götürülən ağacların yerinə yeniləri əkiləcək:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə kök üstündə tam quruyan ağaclara baxış keçirilir. Təbii şəraitdə quruyan və qəzalı olan ağaclar yerindəcə götürülür. Mövsümdə isə yeni ağaclar əkiləcək”.

Orxan Məmmədov onu da əlavə edib ki, paytaxtın hər yerində quruyan ağaclara rast gəlmək mümkündür:

"Demək olar ki, hər yerdə uzun illərdir baxımsız qalan, nəzarət edilməyən qurumuş ağaclar var. Son vaxtlar vətəndaşlar tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə olunan çoxsaylı müraciətləri nəzərə alan rəhbərlik Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həmin yerlərə baxış keçirilməsi haqqında göstəriş verib.

Qərara əsasən, kök üstündə tam quruyan və vətəndaşlar tərəfindən kənar müdaxilə olmadan quruyan ağaclar kəsilərək götürülür. Çünki bir çox ağac vətəndaşların özü tərəfindən qəsdən qurudulur”.(oxu.az)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...