Paşinyanın iqamətgahı qarşısında ETİRAZ – Etirazçılar paytaxt meriyasının binasını ələ keçirdi

Paşinyanın iqamətgahı qarşısında ETİRAZ – Etirazçılar paytaxt meriyasının binasını ələ keçirdi
Ermənistan baş nazirinin Yeravanda yerləşən iqamətgahı qarşısında etiraz aksiyası keçirilir.

Sfera.az xəbər verir ki, bina qarşısında etiraz edən hərbi komissarlarlıq əməkdaşları kütləvi şəkildən işdən qovulmalara gətirib çıxaran optimallaşdırma prosesinin ləğvini istəyirlər. 

Taksi sürücüləri Baqramyam prospektini qismən bağlayıblar. Onlar isə lisenziya prosesinin qaydaya salınmasını, cərimələrin ləğvini, avtomobillərin park edilməsinə görə alınan pulların ləğvini istəyirlər.

Avtomobil idxal edənlər isə "ratamojka” müddətinin 10 gündən daha çox uzadılmasını tələb edirlər.

Etirazçıların hamısı baş nazir Paşinyanla görüş tələb edirlər.

Qeyd edək ki, bu gün onlarla etirazçı Yerevan meri Taron Marqaryanın istefa tələbi ilə şəhər icra hakimiyyətinin binasına daxil olublar. Merin əleyhdarları onu fəaliyyətsizlikdə və vətəndaşlara qarşı hörmətsizlikdə ittiham edir.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...