Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” şüarını təkrarladı

Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” şüarını təkrarladı
 

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın Bakıdakı keçmiş səfiri, Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayzanın onun Qarabağı Ermənistanın "tərkib hissəsi” elan edən bəyanatını tənqid etməsinə cavab verib.

Brayza bu bəyanatın danışıqlar prosesini tamamilə heçə endirdiyini deyib. Eyni zamanda əlavə edib ki, Paşinyan Qarabağ qruplaşmasının dəhşətli təzyiqlərinə məruz qaldığı üçün belə danışıb. "Əslində isə Bakıda, çox yüksək səviyyədə mənə deyiblər ki, Paşinyan Azərbaycanla danışıqları axıradək aparmağa hazır olduğunu bildirib”,-Brayza Gürcüstanda yayımlanan internet televiziyasına müsahibəsində deyib.

Paşinyan xatırladıb ki, avqustun 5-də onun Xankəndində səsləndirdiyi "Qarabağ Ermənistandır, nöqtə” bəyanatı şərhlər qasırğasına məruz qalıb. "Lakin hələ əvvəl, mart ayında mən demişdim ki, Madrid prinsiplərinin nəyi nəzərdə tutduğu ətraflı aydınlaşdırılsın, o cümlədən statusa dair bu prinsiplərin hansı imkanlar yaratdığı göstərilsin. Yalnız bundan sonra deyə bilərik ki, həmin prinsiplər qəbulediləndir, ya yox. İstənilən həll Ermənistan, Qarabağ və Azərbaycan üçün məqbul olmalıdır. Mən Ermənistanın ilk başçısıyam ki, həllin Azərbaycan xalqı üçün də məqbul olması haqda danışmışam. Biz gözləyirik ki, Azərbaycan da belə cavab verəcək. Hələlik bu yoxdur. Əksinə, onların yanaşması maksimalistdir. Hərçənd Minsk Qrupunun işçi müzakirələrində statusun müxtəlif ola biləcəyi göstərilir, o cümlədən Azərbaycandan kənarda. Azərbaycan deyir ki, həll ancaq onun ərazi bütövlüyü çərçivəsində mümkündür. Lakin əgər onların mövqeyi belə qətidirsə o zaman bizim prinsip də "Qarabağ Ermənistandır, nöqtə” olacaq”,-Paşinyan deyib.

 

Brayzanın dediklərinə qayıdan Paşinyan maraqlanıb-ümumiyyətlə o indi nə işlə məşğuldur?

"Keçmiş səfirlər çoxdur. Onun istefasından bəri çox sular axıb. Əmin deyiləm ki, o bütün informasiyaları bilir. Əgər həll eləmək belə asan idisə həll edərdi”,-o bildirib.

Baş nazir əlavə edib ki, Ermənistan "konstruktiv danışıqlara” hazırdır: "Biz nizamlanmaya nail olmaq istəyirik, işləmək görüntüsü yaratmaq deyil”.

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...