Paşinyan erməniləri necə aldadır?

Paşinyan  erməniləri necə aldadır?
Ermənistanın Statistika Komitəsi rəsmi məlumatları ancaq Paşinyanın komandası ilə razılaşdıqdan sonra dərsc edir. Bu barədə "Past” qəzeti özünün mənbələrinə istinad edərək yazır. Nəşrin yazdığına görə, bu ancaq hansısa rəqəmlərə düzəliş vermək üçün yox, insanlara iqtisadi islahatların onlara nə verdiyini göstərmək üçün edilir. Amma əbəs yerə. Bu ilin birinci rübü əsl çöküş olub.  

"Joxovurd” isə yazır ki, Ermənistan öz kapitalını da sürətlə itirir. Əgər ötən il ərzində kapital axını 173 milyon dollar olubsa, bu il bu rəqəm 194 milyona kimi yüksəlib. Paşinyan hökumətinin hər gün hər şey "ok”dir deməsinə baxmayaraq istehlak mallarına qiymət hər gün artır.

Qəzet həmçinin qeyd edir ki, rəsmi məlumatlara əsasən, unun qiymətində artıq 4 faizlik artım var. Bununla yanaşı əsas qida məhsulu olan çörək də bahalaşıb. Baş nazirin nəzarətində olan mətbuat orqanları isə spirtsiz işçilərin ucuzlaşdığını deyərək aranı sakitləşdirməyə çalışırlar. 

Yerli ekspertlər də hesab edirlər ki, qiymətlər bundan sonra da artacaq. İyun ayının 1-dən Kənd Təsərrüfatı Nazirliyi ləğv edilir. Ət, buğda, un və s. məhsulların idxalı ilə kimin məşğul olacağı isə bilinmir. Ancaq bir şey aydındır – iqtisadi inqilab fikri çöküb. Bu gün artıq insanlar məxməri inqilabdan əvvəlkindən də pis yaşamağa başlayıbılar.

Hər gün daha açıq-aşkar görünür ki, Qarabağ problemi həll edilməsə heç bir iqtisadi sıçrayış olmayacaq. Axı əvvəlcə yolları açmaq lazımdır. Bu olmadan proqresdən də danışmaq olmaz. Paşinyan ilk addımı atmaqdan qorxur. Qarabağla yanaşı o özünün baş nazir kreslosunu da itirə bilər. Bunun üçün də iki stulda oturmağa çalışır. Amma gec və ya tez işğal edilən torpaların azad etməyə getməlidir. Yoxsa onu tamamilə məhv  gözləyir. Keçmişin belə ağır yükü ilə gələcəyə getmək mümkün deyil. 

  

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...