PAŞA Bankda müştəri olmaq istəyən hüquqi şəxslər üçün onlayn hesab açmaq imkanı yaradıldı

PAŞA Bankda müştəri olmaq istəyən hüquqi şəxslər üçün onlayn hesab açmaq imkanı yaradıldı
Ölkənin ən böyük özəl bankı PAŞA Bankda hüquqi şəxslər üçün yeni bir xidmət – onlayn rejimdə hesab açmaq imkanı yeni müştərilərin istifadəsinə verildi. Bu xidmət Azərbaycanda ilk dəfə təqdim olunur. Artıq Bankda müştəri olmayan hüquqi şəxslər, onlayn şəkildə ərizə formasını dolduraraq sadəcə "Asan İmza” mobil elektron imza vasitəsilə ərizəni təsdiqləyir, yeni açılmış hesab üzrə rekvizitləri 10 dəqiqə ərzində əldə edir və Banka yaxınlaşaraq hesabı aktiv edir.

Onlayn hesab açmaq prosesini daha effektiv etmək məqsədilə PAŞA Bank daim təkmilləşdirmə işləri aparır və müştərilərin ehtiyaclarına cavab verən yenilikləri tətbiq edir. Belə ki, vaxta qənaət edərək müxtəlif valyutalarda cari və kart hesabı ilə yanaşı, Bank müştərilərinə dövriyyəsinə uyğun olaraq tarif paketlərinə də artıq onlayn qoşulma imkanını təqdim edir.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov qeyd etdi: "Ümid edirəm ki, onlayn rejimdə hesab açmaq imkanı PAŞA Bank müştərilərinin işini asanlaşdıraraq qarşılarında geniş imkanlar açacaq və bu rəqəmsal həllin rəqabət qabiliyyətli üstünlüklərindən faydalanmağa imkan verəcək. Bu xidmət öz növbəsində PAŞA Bankın 2018-2020-ci illər üzrə İnkişaf strategiyası üzrə əsas hədəflərindən biri olmaqla "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”-nin rəqəmsal inkişaf sahəsindəki məqsədlərinə çatmağa xidmət edən yeni bir töhfədir”– deyə T. Kazımov bildirmişdir.

Cənab Kazımov eyni zamanda onu da vurğuladı ki, bu kimi layihələrin reallaşdırılması və effektiv proseslərin tətbiqi üçün hüquqi şəxsin razılığı əsasında müvafiq dövlət qurumlarından lazımi məlumatların rəqəmsallaşdırılmış şəkildə əldə edilməsi çox vacibdir. PAŞA Bank isə öz növbəsində sözügedən yeni xidmətin ən müasir standartlara və texnologiyalara uyğunlaşdırılması üçün bütün imkan və texnoloji resurslara malikdir.

Xidmətdən istifadə buradan mümkündür.

Qeyd edək ki, carı ilin əvvəlində Azərbaycanda ilk dəfə olaraq PAŞA Bank fərdi sahibkarlar üçün onlayn rejimdə müştəri olmaq və onlayn açılmış hesab üzrə rekvizitlərin 5 dəqiqə ərzində əldə edilməsi imkanını təqdim edib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...