Parkomatları ləğv edirlər?

Parkomatları ləğv edirlər?

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakıda əhaliyə və şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaratdığı üçün bəzi ərazilərdə parkinq yerlərinin ləğv edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib.

Sfera.az xəbər verir ki, bunu Trend-ə "Azəryolservis" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli deyib. Onun sözlərinə görə, paytaxtın bir sıra avtomobil tunellərinin üzərində qanuni-qanunsuz parkinqlər yaradılıb ki, onlar çox böyük təhlükə mənbəyinə çevrilib: "Parkinq yerlərinin bəziləri qanunsuz, bəziləri isə qanunidir və hətta həmin ərazilərdə parkomatlar quraşdırılıb. Həmin duracaqlarda eyni anda 100-200 avtomobil dayanır. Lakin tunellər inşa edilərkən bu qədər yükə, onun üstündən avtomobillərin duracaqları üçün istifadə edilməsinə hesablanmayıb. Həmin tunellərin içi və üstü sadəcə nəqliyyat vasitələrinin hərəkəti üçün hesablanıb".

A.Nəcəfli qeyd edib ki, düzdür, hələlik bu gün hər şey normaldır. Lakin heç kim zəmanət verə bilməz ki, həmin ərazilərdə hər hansı bədbəxt hadisə baş verməyəcək: "Məsələn, Bakının "Şamaxinka" deyilən ərazisi var. Orada Moskva prospektindəki tunelin üstündə parkomatlar quraşdırılıb və ərazi parkinq kimi istifadə olunur. Lakin o tunel duracaqdakı avtomobillərin ağırlıq yükünə hesablanmayıb. Sabah hər hansı bədbəxt hadisə baş verəndə heç kim orada parkomat quraşdıranlardan hesab sormayacaq. Hamı bizi günahlandıracaq. Başqa ərazilərdə isə tunellərin üstündən qanunsuz parkinq kimi istifadə olunur. Bunlara nəzarət gücləndirilməli və aradan qaldırılmalıdır. Allah eləməsin, heç kim sabah orada hansısa bədbəxt hadisənin baş verməsindən sığortalanmayıb. Bu isə, ilk növbədə, insanların, əhalinin həyatı üçün təhlükə törədir".

O əlavə edib ki, "Azəryolservis" ASC bununla əlaqədar Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına müraciət ünvanlayıb: "Biz Komissiyaya konkret təklif irəli sürmüşük ki, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün və yolötürücülərin alt hissəsinin parklanma üçün istifadəsi qadağan edilsin. Tunellər hələ ki, yenidir və ona görə də nisbətən dözümlüdür. Lakin tunelin üzərində saxlanılan 100-200 avtomobilin ağırlığı nəticəsində getdikcə həmin tunellərin üstündəki yolların elastikliyi itir. Bir müddət sonra isə tunellər yükün ağırlığına tab gətirməyib dağıla bilər. Bir daha bildirirəm ki, bu sahədə vəziyyət həqiqətən çox acınacaqlıdır və ciddi fəsadları ola bilər".


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...