\"Çox qələt edib Azərbaycanı təhqir ediblər\" - Rasim Balayev Rüstəm İbrahimbəyovun çəkdiyi qalmaqallı film haqda

\
Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş katibi, tanınmış aktyor, xalq artisti Rasim Balayev ssenari müəllifi Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov olan "Qafqaz triosu” adlı filmin etiraz doğurmasına qısa münasibət bildirib.

Xalq artisti sözügedən filmin Azərbaycanda kəskin etirazla qarşılaşmasına təəssüfləndiyini deyib:

"Mən həmin filmə hələ baxmamışam. Gərək baxıb sonra geniş fikir bildirim. Ancaq həmin filmdə doğrudan da azərbaycanlılar aşağılanıbsa, bu yolverilməzdir. Çox qələt edib Azərbaycanı təhqir ediblər. Amma yenə də deyirəm ki, gərək o filmi mən də baxıb görüm. Bundan sonra dəqiq fikrimi bildirəcəm".

Xatırladaq ki, Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz triosu" adlı filmdə azərbaycanlıların təhqir olunması ölkə ictimaiyyəti tərəfindən çox sərt şəkildə pislənilib. 

Orxan Bəşirov
Sfera.az







OXŞAR XƏBƏRLƏR