Ovçu ərəblər mikroavtobusu güllələdilər - Hacıqabulda

Ovçu ərəblər mikroavtobusu güllələdilər - Hacıqabulda
Hacıqabul rayonunda yol ilə hərəkət edən avtomobil ov edən turistlərin gülləsinə tuş gəlib.

Sfera.az Report-a istinadən xəbər verir ki, ov tüfəngindən açılan atəş "Mercedes" markalı mikroavtobusun alın şüşəsinə dəyib.

İnsident nəticəsində sürücü və sərnişinlər xəsarət almasa da, avtomobilə ziyan dəyib.

Bərdə rayonundan olan sürücü İman Seyidovun iddiasına görə, atəşi açanlar Hacıqabulda çöl quşu ovlayan ərəblər olub. Hadisə o, şəxsi avtomobili ilə Bakıya gedən zaman baş verib. Sürücü ona təqribən 1000 manat dəyərində ziyan dəydiyini bildirir.

OXŞAR XƏBƏRLƏR