“Oskar”da geyimi ilə zövq oxşayan və biabır olan məşhurlar - FOTO

“Oskar”da geyimi ilə zövq oxşayan və biabır olan məşhurlar - FOTO
 Ötən gün təntənəli şəkildə Los-Ancelesin "Dolbi” teatrında keçirilən Amerika Kino Sənəti Akademiyasının "Oskar” mükafatının 92-ci təqdimetmə mərasimi bir çox maraqlı nüanslarla yadda qaldı. Gecədə ən çox müzakirə olunan isə məşhurların bir-birindən fərqli və rəngarəng geyimləri oldu.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, bir çox ulduz libaslarında çəhrayı rəngə üstünlük veriblər. Qırmızı xalça üzərindən keçərək, cazibədar pozlar verən məşhurların çəhrayıya olan heyranlıqlarının əsl səbəbini "Vanity Fair” dərgisi gün üzünə çıxarıb.

Qeyd olunur ki, bu rəngin seçimi optimistlərin çətin siyasi dövrlərə bu şəkildə reaksiya vermək arzusunu nümayiş etdirir. Eyni zamanda, jurnalistlər çəhrayı rəngin yaz-yay mövsümünün əsas rənginə çevriləcəyini də istisna etməyiblər.

Aktrisa Regina Kingin libası "Oskar”ın ən gözəl geyimi seçilib. Çəhrayı, inci rəngli "Versace”dən olan libasın sinə hissəsinin asimmetrik dizaynı olub.

31 yaşlı amerikalı model və iş xanımı Bleyk Çayn gecəyə geyindiyi libası ilə adını zövqsüz məşhurların ilk sırasına yazıb. Bleyk mükafatlandırma mərasiminə sinəsində və baldırında açıq dərin yırtmaclı, uzun arxası olan qara əlbisədə qatılıb. Çayn obrazını qəribə makiyaj və dalğalı saçlarla tamamlayıb. Modelin bu tərzini başına qaxınc edib, onu "çinli kukla” adlandırıblar.


OXŞAR XƏBƏRLƏR