\"Orda qalsaydı, yem olacaqdı” — Azərbaycanda məmur cüyür balası tapdı (FOTOLAR)

\

Şahdağ Milli Parkının əməkdaşı Rəvayət Nəzərov meşədə köməksiz vəziyyətdə qalan cüyür balasını xilas edib.

 

Sfera.az azərtac-a istinadən xəbər verir ki, rayonun Yasab kəndində yaşayan R.Nəzərov meşədə gəzərkən qəribə heyvan səsi eşidib. Səs gələn ərazini axtardıqda kolların içində ilişib qalan cüyür balasını aşkarlayıb. Anasından ayrı düşən bala cüyür təxminən bir aylıqdır.


 

"Orda qalsaydı, yem olacaqdı” — Azərbaycanda məmur cüyür balası tapdı (FOTOLAR)"Mayın 25-i axşam saatlarında Qusarda güclü külək əsdi. Küləyin təsirindən parklarda, küçələrdə xeyli ağac qırıldı. Mən də səhər tezdən meşələrdə vəziyyətin necə olduğunu öyrənmək üçün ora yollandım. Meşəlikdə gəzərkən tanış olmayan heyvan səsi eşitdim. Ətrafı axtardıqda kol-kosun içində köməksiz vəziyyətdə qalan balaca heyvanla rastlaşdım. Əvvəlcə köstəbəyə oxşatdım. Kolların arasından çıxaranda cüyür balası olduğunu gördüm. Orda qalsaydı, yırtıcı heyvanlara yem olacaqdı”, - deyə Rəvayət Nəzərov bildirib.

 

"Orda qalsaydı, yem olacaqdı” — Azərbaycanda məmur cüyür balası tapdı (FOTOLAR)Şahdağ Milli Parkının Qusar bölməsi üzrə direktor müavini vəzifəsində çalışan Rəvayət Nəzərov cüyür balasını evinə gətirərək, ona iki gün qulluq edib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cüyür balasını Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verəcəklər.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...