AdRiver
OPEK-in qarşısındakı iki seçim: Neft bahalaşmağa davam edəcək, ya da... - Ekspertdən PROQNOZ

OPEK-in qarşısındakı iki seçim: Neft bahalaşmağa davam edəcək, ya da... - Ekspertdən PROQNOZ

"ABŞ OPEK-dən gündəlik neft hasilatının 1 milyon barel artırılmasını istəyir. Düz 2 həftə sonra bir araya gələcək OPEK+ üzvləri neftin mövcud yüksək qiymətləri fonunda hasilata yenidən baxmalıdır. Belə görünür ki, hasilatın artırılmasını yalnız ABŞ istəmir, həmçinin bir sıra digər ölkələr o cümlədən də Rusiya da bu məsələyə isti yanaşır. Rusiya Prezidentinin neftin 1 barelinin qiymətinin 60 dollar olmasının ölkəsi üçün məqbul olduğunu deməsi də bundan xəbər verir".
 
Sfera.az bildirir ki, bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
 

 
O bildirib ki, neftin qiymətində yüksəlişlərin davam etməsi gözlənilir:
 
"Aydındır ki, Səudiyyə Ərəbistanı əksər və yəqin ki bütün hallarda Vaşinqtondan gələn mesajlara diqqətlə yanaşır. Bu isə o deməkdir ki, ABŞ hasilatın artırılmas ilə bağlı istəyində sonadək dayanarsa o zaman OPEK dünya bazarına daha çox "qara qızıl” çıxarmağa başlayacaq. Digər tərəfdən, Çinin neftə artan tələbi fonunda hasilat dəyişməzsə o zaman neftin qiymətində yüksəlişlər davam edəcək".
 
Eskpert OPEK-in qarşısındakı seçimlərdən də danışıb:

"Bu isə o deməkdir ki, OPEK-in hazırda 2 seçimi var: ya 2 həftə sonra ABŞ-ın istəyinə uyğun olaraq hasilatın gündəlik 1 milyon barel artırmaqla bazara daha çox neft çıxarmaq və ya mövcud hasilatı saxlamaqla dünya bazarında tələbin təklifdən artıqlığını qoruyub saxlamaq. Birinci halda, neftin dünya bazar qiymətində yenidən azalmalar qaçılmazdır. Bu halda Brent markalı neft 65 dollaradək ucuzlaşa bilər. İkinci halda isə neftin qiyməti yenidən yüksələcək və Brent markalı nefti 1 bareli hətta 85 dollara çata bilər. OPEK hansı yolu seçəcək? Bu həm də Ağ Evdən gələn yeni mesajlardan asılı olacaq".
 

DİGƏR XƏBƏRLƏR


---