Onlar Milli Məclisdə vəzifələrini itirdi - SİYAHI

Onlar Milli Məclisdə vəzifələrini itirdi - SİYAHI
 

VI çağırış Milli Məclisin rəhbərliyində bir sıra dəyişikliklər olub.

Sfera.az  xəbər verir ki, keçmiş sədr Oqtay  Əsədov deputat seçilsə də, bu gündən etibarən parlamentin spiker vəzifəsini icra etməyəcək (Spikerlik kürsüsündə artıq Sahibə Qafarova əyləşəcək).

Eyni zamanda, Ziyafət  Əsgərov Milli Məclis sədrinin I müavini postunu itirib. O, yalnız parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri vəzifəsində qalacaq.

Bahar  Muradova həm sədrin müavini, həm də İnsan hüquqları komitəsinin sədri vəzifəsini itirib. Valeh  Ələsgərov da sədr müavini və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri olaraq builki siyahıda yer almayıb. Hər iki şəxs deputatlığa namizədlər siyahısında da yer almamışdı (Spikerin I müavini Əli  Hüseynli, müavinlər isə Adil  Əliyev və Fəzail İbrahimlidir)

Bundan başqa, Ziyad  Səmədzadə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə sədrlik edə bilməyəcək, yalnız deputat kimi fəaliyyətini davam edtirəcək. Bu sözlər Aqiyə  Naxçıvanlı, Ülvi  Quliyev, İsa  Həbibbəyli və Rafael Hüseynova da aiddir.

Eldar  İbrahimov da Aqrar siyasət komitəsinə sədrlik vəzifəsini itirməklə yanaşı, builki parlament seçkilərində deputatlığa namizəd kimi də iştirak etməyib. Eyni aqibəti Hadi Rəcəbli və Arif  Rəhimzadə də yaşayıb. (report)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...