\"Ondan Obama, Putin və məndə var\" - Səməd Səmədov
10:40 / 13.03.2019
2592
Xalq artisti Səməd Səmədov yeni it alıb.
Müğənni Labarador cinsindən olan itinə 1000 dollar ödəyib. Bu haqda "Faydalı saat" proqramında danışan ifaçı bildirib ki, heyvanı Moskvadan gətizdirib:
"Çoxlu itlərim var, hamısı da bahalıdır. Labaradoru isə yeni almışam. 1 aylıq olanda Moskvadan gətirdilər. Ondan Barak Obama (ABŞ-ın keçmiş prezidenti) və Vladimir Putində (Rusiyanın prezidenti) var. Yayda 3 itimlə dənizə gedirəm, birlikdə girib suya üzürük".