Ombudsman Penitensiar Xidmətin Müalicə müəssisəsində məhbusların müraciətlərin araşdırıblar

Ombudsman Penitensiar Xidmətin Müalicə müəssisəsində məhbusların müraciətlərin araşdırıblar
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrup (MPQ) tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr həyata keçirilməklə, həmin müəssisələrdə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma vəziyyəti, tibbi xidmətin təşkili araşdırılır.

Ombudsman Aparatından Sfera.az-a verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığı əsasında növbəti başçəkmə MPQ-nin üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində həyata keçirilmişdir.

BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftarın, habelə tibbi yardım məsələləri üzrə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olmuşdur.

Başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin müalicə korpuslarına, o cümlədən cərrahiyyə və ruhi xəstəliklər şöbələrinə və digər obyektlərə baxışlar keçirilmiş, habelə tibbi yardımın təşkili, qidalanma, sovqat, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılmışdır.

Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ-nin üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkumlar fərdi qəbul olunmuş, müalicə və ailə üzvləri ilə görüşlə bağlı müraciətləri yerində araşdırılaraq təmin edilmiş, habelə bəzi şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilmişdir.

Müalicə müəssisəsində tibbi yardımın keyfiyyətinin, ümumilikdə isə penitensiar müəssisələrdə psixiatriya yardımın, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi işinin yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə ehtiyac vardır.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla söhbətlər aparılmış, milli və beynəlxalq qanunvericiliyə, tibbi xidmətin təşkili ilə bağlı müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması və saxlanma şəraitinin daha da təkmilləşdirilməsinə dair müvafiq tövsiyələr verilmişdir.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...