\"Olimpik Lion\" \"Real\"ın futbolçusunu transfer edir

\
 

"Lion” Madrid "Real”ında çıxış edən sabiq hücumçusu Kərim Benzemanı heyətinə cəlb etmək istəyir.

 

Sfera.az  xəbər verir ki, Fransa klubunun idman direktoru Juninyo bu barədə açıqlama verib:

 

"Benzemanın karyerasını "Lion”da bitirmək fikrinin olduğunu düşünürəm. Burada ən azı iki il oynamasını və gənclərin yanında olmasını istəyirəm. Komandamızda möhtəşəm lider ola bilər. Kərimlə danışmaq üçün doğru zamanı gözləyirəm. Bir neçə dəfə mesajlaşmışıq və bura qayıtmaq istədiyini hiss etmişəm. "Real”da qazandığını ona verə bilməyəcəyik, amma onun üçün bütün şərtləri yerinə yetirməyə hazırıq”.

 

Benzemanın "Real”la 2021-ci ilə qədər müqaviləsi var. 31 yaşlı forvard bu mövsüm 15 oyuna 11 qol vurub, 5 assist edib.

 

"Real” Əlcəzair əsilli fransalı futbolçunu 2009-cu ildə 35 milyon avroya "Lion”dan transfer edib.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...