Olimpiadada yarışlar təxirə salındı

Olimpiadada yarışlar təxirə salındı

 

 

 

Pxençxan Qış Olimpiadasının təşkilatçıları dağ-xizək idmanının slalom növü üzrə qadınlar arasında final yarışlarını əlverişsiz hava şəraitinə görə fevralın 16-na keçirmək barədə qərar qəbul ediblər.


Sfera.az Azərtac-a istinadən xəbər verir ki, onlar Kannındadakı Olimpiya parkının sahilboyu klasterində yerləşən reproduktorlar vasitəsilə tamaşaçılara küləyin qüvvətləndiyi və şiddətləndiyi vaxtlarda açıq havada olmamağı, obyektlərin və restoranların içinə girməyi tövsiyə ediblər.

 


Olimpiadanın sahilboyunda yerləşən klasteri hələ səhər saatlarında şiddətli küləyə məruz qalıb və onun sakitləşəcəyi ehtimal olunmur.

Əvvəlcə yarışları bir neçə saat təxirə salmaq istəyiblər, amma sonra başqa günə keçiriblər.

 


Qadınlar arasında biatlon üzrə fərdi yarışlar da bir gün sonraya keçirilib. Fevralın 14-nə planlaşdırılan yarış fevralın 15-də kişilər arasında yarışlarla bir gündə keçiriləcək.


Xizək ikinövçülüyü üzrə Olimpiya turniri çərçivəsində tramplindən tullananların gecikmə ilə başlayan yarışları hava şəraitinə baxmayaraq davam edir. Birinci mərhələdən sonra yaponiyalı Akito Vatabo liderlik edir.

 


Dağ-xizək idmanı və snoubord üzrə yarışların vaxtı əlverişsiz hava şəraitinə görə dəfələrlə təxirə salınıb. Məsələn, şiddətli külək səbəbindən dağ-xizək idmanının nəhəng slalom növü üzrə fevralın 12-də qadınlar arasında keçiriləcək yarışlar, habelə kişilər arasında sürətli eniş üzrə yarışlar başqa vaxta keçirilib.

 


Külək tüğyan etdiyi üçün Kannında Olimpiya suvenirlərinin satıldığı əsas mağaza bağlanıb.

 


Ətrafı toz-dumana bürüyən külək bəzi yerlərdə Olimpiya rəmzləri olan bannerləri və informasiya lövhələrini qoparıb.

 


"Sport-Ekspress” qəzetinin müxbirlərinin yazdığına görə, külək Olimpiya parkında tamaşaçıların olduğu məntəqələri darmadağın edib. Küləyin çadırları sovurmaması üçün könüllülər onları tutub saxlamağa məcburdurlar. Bir koreyalı uşaq arabasını zorla saxlayıb.

 


Təbii fəlakətin nəticələrini aradan qaldırmaq və zərərçəkənlərə yardım etmək üçün Olimpiya parkına xilasedicilər gəlib. Nəticədə təşkilatçılar tamaşaçılardan Olimpiya parkını boşaltmağı xahiş ediblər.

 

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...