Oğlan tərəfi qız evinə silahla basqın etdi - 18 yaralı var
10:36 / 06.01.2019
4573
Türkiyənin Qaziantep şəhərində boşanma səbəbindən davalı olan iki ailə arasında qarşıdurma yaşanıb.
Oğlan tərəfi qız evinə silahlı basqın edərək 18 nəfəri yaralayıb.
Hadisə yerinə xeyli sayda polis və təcili yardım işçiləri cəlb olunub. Aralarında yoldan keçən vətəndaşların da olduğu yaralılar xəstəxanalara yerləşdiriliblər."Qafqazinfo”