\"O xanımın cavabını xalq verdi\" - Oqtay Əsədov
13:05 / 18.12.2018
1743
Milli Məclisdə özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı səsləndiriyi fikirlərə münasibət bildirilib.
Qeyd edək ki, deputat Fəzail Ağamalı və Fəzail İbrahimli Nərmin Şahmarzadənin fikirləri ilə bağlı sərt çıxış ediblər. Onlar Milli Qəhrəman haqqında belə aşağılayıcı sözlərin işlədilməsini pisləyiblər.
F.Ağamalı deyib ki, son vaxtlar ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycana qarşı yenə də böhtan, qərəz, təhqir dolu fikirlər ifadə olunmaqdadır: "Bu, Avropada yerləşən antimilli qüvvələr tərəfindən ən müxtəlif layihələrlə Azərbaycanın bəzi gənclərinin beyinlərinin yuyulması hesabına həyata keçirilir. Əlbəttə, bütün bunlara qarşı Azərbaycanın dövlət təhlükəsizliyində mühüm rol oynayan hüquq-mühafizə orqanları artıq ciddi hərəkətə keçməlidir, bu cür insanlara qarşı Azərbaycan qanunları çərçivəsində konkret və ciddi addımlar atılmalıdır”.
/Trend