\"O gecə gördüklərimi hələ də unuda bilmirəm\"

\

20 Yanvar faciəsi bizim qan yaddaşımızdır. Heç bir zaman bu tarixi unutmayacağıq. Əfsuslar olsun ki, xalqımız belə bir faciə yaşadı. Həmin gecə neçə-neçə övladlarımızı, cavanlarımızı itirdik, neçə ailənin çırağı söndü. Sovet Ordunun xalqımıza qarşı törətdiyi vəhşiliyi nifrətlə yada salırıq.

Sfera.az xəbər verir ki, bu fikirləri Auditorlar Palatasının auditoru Şəmsinur Hüseynov AZƏRTAC-a müsahibəsində bildirib.

Daha sonra Ş. Hüseynov həmin gecə ilə bağlı xatirələrini bölüşüb: "Yaqub adında bir qonşumuz var idi. 20 Yanvar gecəsi qonşumuz da atışma baş verən ərazidən keçirmiş. Onun da maşınını vurmuşdular. Özü də xəsarət almışdı. Başından, üzündən, qolundan, ayağından yaralanmışdı. Hazırda I qrup əlildir. O gecə gördüklərimi hələ də unuda bilmirəm".

Ş. Hüseynov dedi: "Allahdan şəhidlərimizə rəhmət diləyirik. İndi də bu hadisəni gənclərimizə, uşaqlarımıza danışır, onların da bu vəhşilikdən xəbərdar olmasına çalışırıq".


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...