Novruz Bayramı ilə əlaqədar Nəsimi rayonunda ənənəvi olaraq imkansız ailələrə bayram payları təqdim edilib

Novruz Bayramı ilə əlaqədar Nəsimi rayonunda ənənəvi olaraq imkansız ailələrə bayram payları təqdim edilib

Xalqımızın əziz bayramlarından olan Novruz Bayramı Respublikamızın hər bir rayonunda olduğu kimi paytaxtımızın Nəsimi rayonunda da təmtəraqla və geniş şəkildə qeyd olunur. Əlamətdar bayramın rayonda təntənəli və yaddaqalan olması ilə bağlı RİH tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və onun icrası müvəffəqiyyətlə həyata keçirilir.

 

Bayram ərəfəsində rayonda geniş abadlıq və quruculuq işləri, hər yerdə göz oxşayan bayram tərtibatı aparılmış, rayon ərazisindəki idarə və təşkilatlarda, orta və məktəbəqədər təhsil müəssisələrində baharın gəlişinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələrə, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılır. Bu qəbildən olan ailələrə Nəsimi rayon İcra Hakimiyyəti ilə yanaşı rayonda yerləşən idarə və təşkilatlar, xüsusilə də ənənəvi olaraq belə xoş məramlı tədbirlərdə yaxından iştirak edən iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti iləzəruri ərzaqlardan ibarət bağlamalar təşkil olunur.

Novruz bayramı tədbirləri çərçivəsində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Qızıl Tac” şadlıq sarayında Qarabağ əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin, Veteran Təşkilatları Şurasının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, Qızıl Aypara, Gözdən Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyətlərinin, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətinin rayon şöbələrinin rəhbərləri və üzvlərinin iştirakı ilə növbəti tədbir keçirilmişdir.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbir iştirakçılarını salamlayaraq, onları Novruz Bayramı münasibəti ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulamışdır. O, bayramla bağlı rayonda görülən işlər barədə məlumat verərək bildirilmişdir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri bayram ərəfəsində cəbhə bölgəsində "N” saylı hərbi hissədə olmuş, xidmət edən əsgərlərimizi bayram münasibəti ilə təbrik etmişlər.

Tədbirdə ümumilikdə3000 ailəyə bayram sovqatları paylanılmış, yataq xəstələrinin bayram payları isə evlərinə çatdırılmışdır.

Tədbirdə çıxış edənlər – Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, Rayon Veteranlar Şurasının sədri İsmayıl Fərəcov və digərləri bayram münasibəti ilə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...