Nobel mükafatçısı qeyb oldu: heç kim onu TAPA BİLMİR

Nobel mükafatçısı qeyb oldu: heç kim onu TAPA BİLMİR
Nobel ədəbiyyatı mükafatına layiq görülən məşhur amerikalı musiqiçi Bob Dilan qeybə çəkilib.

Nobel Akademiyası cümə günündən bəri ifaçını axtarmağa və onunla əlaqə saxlamağa çalışsa da, heç bir nəticə əldə edə bilməyib. Bu səbədən də akademiya Nobel ədəbiyyatı mükafatına layiq gördüyü 75 yaşlı ifaçını 10 dekabrda keçirilən Nobel mükafatları gecəsinə dəvət etməkdən vaz keçib.

Akademiyanın Baş Katibi Sara Danius açıqlamasında bildirib ki, artıq onu axtarmırıq: "Ona zəng elədim, elektron poçtuna məktub göndərdim, ən yaxın dostları ilə danışdım. Dostları müsbət cavablar yazdı, ancaq Dilandan cavab ala bilmədim. Artıq bu qədər səy kifayətdir!”

Məlumat üçün bildirək ki, Nobel mükafatlarının təqdim olunma mərasimi dekabrın 10-da İsveçin Stokholm şəhərində keçiriləcək. Dilanın mərasimə qatılıb-qatılmayacağı hələ də məlum deyil. Məşhur musiqiçi bu vaxta qədər mükafatla bağlı heç bir açıqlama da verməyib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...