Nikaha girdikləri malikanə üstündə məhkəməlik oldular

Nikaha girdikləri malikanə üstündə məhkəməlik oldular
Hollivud ulduzları Bred Pitt və Ancelina Coli arasında birlikdə əldə edilmiş əmlak bölgüsü üstündə məhkəmə çəkişmələri davam edir.

Sfera.az "StarHit"ə istinadən xəbər verir ki, bu dəfə məhkəmə prosesinin səbəbi Fransada yerləşən "Château Miraval" malikanəsi olub. Malikanənin qiyməti 60 milyon dollardan çoxdur.

Aktyor deyir ki, keçmiş həyat yoldaşı birinci il deyil ki, ona daşınmaz əmlak payını əldə etməkdə mane olur. Ancelina eks-həyat yoldaşının maliyyə maraqlarına məhəl qoymayaraq, öz aksiyalarının 40%-ni satmağa çalışır.

"Ancelina Colinin şirkəti Bred Pittin malikanəyə yatırdığı inanılmaz miqdarda pul və səylərini nəzərə almadan öz gəlirini almaq istəyir. Son dörd il ərzində Colinin "Nouvel" şirkəti müntəzəm olaraq illik hesabatın təsdiqini və menecerin səlahiyyət müddətinin uzadılmasını təxirə salırdı", - iddia ərizəsində deyilir.
Bredin ətrafından olan insayder bildirib ki, keçmiş həyat yoldaşının addımı aktyoru şoka salıb.

Xatıradaq ki, məhz "Château Miraval" malikanəsində Pitt və Coli nikaha girib. İki il sonra isə Ancelina boşanmaq üçün məhkəməyə müraciət edib. Sonradan məlum olub ki, aktrisa keçmiş sevgilisini aqressiv davranışda və alkoqol asılılığında ittiham edirdi.
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...