Nəsimidə müharibə və əmək veteranları ilə görüş keçirilib

Nəsimidə müharibə və əmək veteranları ilə görüş keçirilib

Novruz bayramı ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətində çay süfrəsi arxasında müharibə və əmək veteranları ilə görüş keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov II Dünya Müharibəsində Faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan övladlarının göstərdikləri qəhrəmanlıqlarından danışıb.

Qeyd edib ki, dünyanın faşizm taunasından xilas edilməsində misilsiz döyüş rəşadəti göstərən müharibə veteranları hər cür qayğı və diqqətə, hörmət və ehtirama layiqdirlər. 

Respublika Veteranlar Şurasının sədri general-mayor Dadaş Rzayev müharibə veteranlarına göstərilən böyük diqqət və qayğıdan razılığını bildirib. Əlavə edib ki, II Dünya Müharibəsinin odlu-alovlu yollarından keçən döyüş rəşadəti göstərən veteranlarla belə görüşlərin gənclərin hərbi vətənpərvərliyi və milli-mənəvi dəyərlər uğrunda tərbiyəsində böyük rol oynayır.

Tədbirdə Respublika Veteranlar Şurasının sədri general-mayor Dadaş Rzayev tərəfindən veteranlara göstərilən müstəsna diqqət və qayğıya görə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov "Veteran Həmrəyliyi” medalı ilə təltif olunub. Tədbirin sonunda veteranlara Novruz bayramı ilə əlaqədar bayram sovqatları təqdim edilib. 

Nəsimidə müharibə və əmək veteranları ilə görüş keçirilib
Nəsimidə müharibə və əmək veteranları ilə görüş keçirilib

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...