Nəsimi rayonunda vətəndaşların səyyar qəbuluna mühüm əhəmiyyət verilir.

Nəsimi rayonunda vətəndaşların səyyar qəbuluna mühüm əhəmiyyət verilir.

Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciərtlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Nəsimi rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılr.

 

Rayonda 2019-cu ilin aprel ayı ərzində  4 səyyar qəbul keçirilmiş, 600-ə yaxın sakinin iştirak etdiyi   qəbullarda 32 müraciət dinlənilmişdir. Qaldırılan  məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur.

 

Görüşlərdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi və müavinətlərin artırılması ilə bağlı həyata keçirilən tədbirlər əhalinin sosial müdafiəsi istiqamətində görülən işlərin bariz nümunəsidir.

Səyyar qəbullarda iştirak edən sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...