Nəsimi Paşayev bu cür etiraz etdi: “Söyüb ürəyini boşaltmaq istəyən hər kəsi...”

Nəsimi Paşayev bu cür etiraz etdi: “Söyüb ürəyini boşaltmaq istəyən hər kəsi...”
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Facebook hesabında "İnstagram”da onun adına açılan saxta profillə bağlı status paylaşıb:

""İnstagram"da yeni səhifə açmışam. Bütün dostlardan xahiş edirəm bunu hər kəsə duyursunlar. Metrodan narazı qalan, şikayəti olan, söyüb ürəyini boşaltmaq istəyən hər kəsi bu profilə dəvət edirəm. Girib çəkinmədən, hətta bütün əxlaqi dəyərləri bir tərəfə qoyub yaza bilərsiniz. Mən öz adıma halallıq verirəm”.
 
N.Paşayev sonda belə bir qeyd də edib:
 
"İstəyirəm profili işlədən nələr çəkdiyimi görsün və yazılanlara dözməyib profili bağlasın”.

Nigar Məhərrəm
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR