Nərgiz Paşayeva olimpiadada - FOTOLAR

Nərgiz Paşayeva olimpiadada -  FOTOLAR

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının təşkilatçılığı ilə Ümumdünya Kimya Olimpiadası davam edir. 

Sfera.az-ın AzərTac-a istinadən məlumatına görə, bu ümumdünya bilik yarışmasında 5 qitədən, 75 ölkədən 300 gənc kimyaçı, bundan əlavə, 250-dən artıq kimya alimləri, münsiflər heyəti, kimya mütəxəssisləri, pedaqoqlar, müşahidəçilər, qrup rəhbərləri iştirak edirlər.

Artıq Olimpiada çərçivəsində nəzəri və praktik kimya üzrə imtahanlar baş tutub.

İyulun 23-də praktik tur, iyulun 25-də isə nəzəri biliklər üzrə sınaq imtahanı keçirilib. Yarışma iştirakçıları MDU-nun Bakı filialının auditoriya və laboratoriyalarında bilik səviyyələrini sınayıblar.

Hər imtahan zamanı şagirdlər 5 saat ərzində qoyulmuş tapşırıqları icra etməyə çalışıblar. 75 ölkənin komanda üzvləri orijinal və qeyri-standart yanaşma tələb edən məsələlər üzərində işləyiblər. Bakıda keçirilən bu böyük elm yarışmasına dünyanın hər nöqtəsindən təşrif buyurmuş iştirakçılar tapşırıqları yerinə yetirərkən MDU-nun Bakı filialının zəngin maddi-texniki bazasından, laboratoriyalardakı modern avadanlıqdan, texnologiyanın ən son tələblərinə cavab verən cihazlardan yararlanıblar.

Qaydalara əsasən, nəzəri imtahana maksimum 60 bal, laboratoriya işlərinə ən çoxu 40 bal verilir. Hər iştirakçı ölkənin iki nümayəndəsindən formalaşdırılmış Beynəlxalq Münsiflər Heyəti cavabları müzakirə edir və qiymətləndirir. Nəticələr iyulun 28-də Olimpiadanın bağlanış mərasimində elan olunacaq.

47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın rəhbərliyi altında Universitetin alim-pedaqoq heyəti bu möhtəşəm və əhəmiyyətli tədbirin gündəlik işinə ciddi nəzarət edir.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...