Nazirliyin 10 min arı problemi

Nazirliyin 10 min arı problemi

"Mətbuatda oxudum ki, Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı rayonunun Lahıc qəsəbəsində 10 min baş arı ailəsindən ibarət Arıçılıq Kompleksinin inşa etdirəcək. Burda 2 məsələ diqqətimi çəkdi. Birincisi, Kompleksin Nazirlik tərəfindən yaradılmasının məqsədəuyğunluğu. Yenə də köhnə prinsip davam edir. Dövlət özəl biznesə şərait yaratmaq əvəzinə özü biznesə girişib. Diqqətimi çəkən ikinci məsələ bu layihənin səmərəliliyidir".

Sfera.az xəbər verir ki, bu sözləri iqtisadi ekspert Samir Əliyev deyib.

"Miqyas effekti baxımından 10 min arı ailəsinin bir təsərrüfat altında olması arı məhsullarının maya dəyərini azaldır. Ancaq əsas sual həmin ərazinin 10 min arı ailəsini qida ilə təmin etmək gücündə olması ilə bağlıdır. Vaxtilə təşkilatımız Azərbaycanda qeyri-neft sektorunun inkişafı çərçivəsində arıçılığın inkişafı perspektivləri ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı bu sahənin təkcə iqtisadi yox, həm də ekoloji, sağlamlıq və turizm baxımından nə qədər faydalı olduğunu gördük. Ona görə arıçılıq sahəsi həmişə diqqətimizdədir. Qeyd edim ki, bal arılarının effektiv işləmələri üçün uçuş məsafəsi maksimum 2 km olmalıdır. Bu halda ərazidə kompakt şəkildə 10 min arı ailəsini (hər ailədə on minlərlə arı) təmin edə biləcək meşə, bitki varmı? Bu mal-qara deyil ki, kənardan qida daşıyasan. Arı özü bal üçün nektarı yığıb gətirir. Üstəgəl Lahıcın yerləşdiyi coğrafı ərazi heç də Aran region qədər arılar üçün optimal temperatura malik deyil. Digər tərəfdən bu kompleks bir neçə yüz arı ailəsi olan kiçik arıçılıq təsərrüftlarını sıradan çıxartmayacaq?

Qısası, bu layihənin səmərəli olacağını düşünmürəm".



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...