Nazirlikdən xəbərdarlıq: Yeni virus...

Nazirlikdən xəbərdarlıq: Yeni virus...

Android istifadəçilərini hədəf seçən yeni virus qeydə alınıb. Virus Quql un rəsmi tətbiqlər mağazası olan Pley Stor-dan yüklənən saxta proqram tətbiqləri vasitəsi ilə telefonlara yoluxur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, "LeakerLocker” adlanan virus şəxsi şəkillərinizi, mesajlarınızı, internet brauzer tarixçənizi, e-poçtlarınızı ələ keçirdiyini iddia edərək müəyyən məbləğ qarşılığında istifadəçini təhdid edir və bütün informasiyanı telefonunuzdakı kontaktlara göndərəcəyini bildirir.

Artıq minlərlə "Android” istifadəçisi bu virusdan zərər çəkib. Virus telefona yoluxduqdan sonra onu kilidə salaraq ekranda "Bütün şəxsi məlumatlarınız bizim təhlükəsiz buludumuza köçürülüb. 72 saat ərzində bu məlumatlar sizin telefon və e-poçt kontaktlarınızdakı hər kəsə göndəriləcəkdir. Bundan imtina etmək üçün 50$ ödəməlisiniz” - deyə yazı peyda olur.

"McCafe” kibertəhlükəsizlik qurumu tərəfindən "LeakerLocker” təhlükəsi "Play Store”dakı iki tətbiqdə "Wallpapers Blur HD ” və "Booster & Cleaner Pro” proqramlarında aşkar edilib. "McCafe” şirkətinin açıqlamasına görə, hər 2 tətbiq barədə "Google” şirkətinə məlumat verilib və hal-hazırda ekspertlər tərəfindən araşdırılır. Buna baxmayaraq "LeakerLocker”un istənilən tətbiqi yükləyərkən də mobil telefonunuzu yoluxdurma təhlükəsi var.

Qeyd olunmuş təhlükədən qorunmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi aşağıdakıları tövsiyə edir:

Bəhs edilən bu 2 tətbiqdən (Wallpapers Blur HD və Booster & Cleaner Pro) birini yükləmisinizsə, dərhal silin.

"Play Store”da hər hansı bir proqramı yükləməzdən öncə istifadəçilər tərəfindən yazılmış rəyləri oxuyun, reytinqləri nəzərdən keçirin.

Tətbiq, məzmunundan kənar olaraq telefonunuzdakı kontaktları, şəkilləri, zəngləri idarə etmək üçün sizdən müəyyən icazələr istəyirsə, ondan imtina edin və dərhal silin.

Əgər artıq mobil telefonunuz bu virusa yoluxubsa və sizdən pul tələb edirlərsə, pulu ödəməyiniz məsləhət görülmür.

Qeyd edək ki, təhlükə ilə artıq üzləşmisinizsə, Elektron Təhlükəsizlik Mərkəzinin 1654 "qaynar xətt”inə zəng etməyiniz və ya "[email protected]” elektron ünvanına yazmağınız tövsiyə olunur.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...