Nazirlik: Teleqüllənin yaxınlığındakı çatlar genişlənə bilər

Nazirlik: Teleqüllənin yaxınlığındakı çatlar genişlənə bilər
 Atmosfer yağıntılarının təsiri nəticəsində "Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında yaranan çatlar genişlənə bilər.
Sfera.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə,ərazidə eni 20 sm-dən 1 m-dək, uzunluğu 60-70 metr olan müxtəlif istiqamətli çatlar qeydə alınıb. Çatın görünən dərinliyi 6-7 metrdir.

R.Həsənov qeyd edib ki, "Teleqüllə” sürüşmə sahəsində çatların yaranmasına əsas səbəb atmosfer yağıntıları, eyni zamanda texnogen amillər - sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi və bunun nəticəsində onun dayanıqlılığının zəifləməsidir:

"Burada aktivləşmə son aylar ərzində qeydə alınıb. Ancaq atmosfer yağıntılarının təsirindən burada aktivlik yarana, çatlar genişlənə bilər. Çünki ərazidə açıq sahə çoxdur. Sadədəki 6-7 metr dərinlikdə olan yerə güclü yağış yağarsa, prosesin dinamikasında ciddi dəyişiklik ola bilər".

R.Həsənov ərazidə hazırda tikinti işlərinin aparılmadığını, sadəcə olaraq, çoxdan aparılan bu işlər nəticəsində yamacın dayanıqlılığının kəsildiyini də nəzərə çatdırıb.

Nazirlik rəsmisi qeyd edib ki, "Teleqüllə” sürüşmə sahəsində prosesin qarşısını almaq üçün görülməsi ən vacib olan tədbir istinad divarının tikilməsidir.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...