Nazirlik: Təhsil nazirinin vətəndaşlarla görüşü təxirə salınıb

Nazirlik: Təhsil nazirinin vətəndaşlarla görüşü təxirə salınıb

 Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, dekabrın 11-də təhsil nazirinin Neftçala rayonunda nəzərdə tutulan görüşü qeyri-müəyyən vaxta qədər təxirə salınıb. 

Sfera.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. 

"Bununla bağlı vətəndaşlara əlavə məlumat veriləcək", - deyə nazirlikdən əlavə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin dekabr ayının 5-də imzaladığı sərəncamla Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilib. 

DİGƏR XƏBƏRLƏR