Cəmİyyət

Nazirlik direktorun döyülməsi barədə açıqlama yaydı - VİDEO

Nazirlik direktorun döyülməsi barədə açıqlama yaydı - VİDEO
Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin hücuma məruz qalması cinayət hadisəsidir.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin sağlamlığına ciddi xəsarət yetirilib:

"Hazırda o, xəstəxanadadır. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir. Baş verənlər cinayət hadisəsidir. Cinayətin araşdırılması ilə hüquq-mühafizə orqanları məşğuldur. Biz baş verən hadisəni qınaya bilərik".

Qeyd edək ki, dünən Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin aktyor Rza Rzayev tərəfindən döyülməsi barədə məlumatlar yayılıb.(Trend)

  

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031