Nazirlik bələdiyyə üzvünü cərimələyib

Nazirlik bələdiyyə üzvünü cərimələyib
Nazirlik bələdiyyə sədrinin müavininə 2500 manat cərimə kəsib.
 
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, "Qaynar xətt”ə Abşeron rayonu, Mehdiabad qəsəbə sakini Asif Ağakişiyev tərəfindən qəsəbə ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən Mehdiabad bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə formalaşan məişət tullantılarının mövcud qanunvericiliyə uyğun idarə olunmadığı, müxtəlif sahələrdə qalaqlandığı və daşınmadığı aşkar edilib.

Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Mehdiabad bələdiyyəsinin sədr müavini Elşən Şıxəliyev barəsində protokol tərtib olunub və o inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...