Nazir müavini: \"Şagird sıxlığı daha çox Bakıdadır\"

Nazir müavini: \
Azərbaycanda şagird sıxlığı problemi daha çox Bakı şəhərində yaşanır.
 
Sfera.az Trend-ə istinadən bildirir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib.

Nazir müavini qeyd edib ki, Təhsilin inkişafı üzrə Dövlət Startegiyasında və digər sənədlərdə məktəblərdə tədrisin bir növbədə təşkil edilməsi məqsəd kimi qarşıya qoyulub. Amma bu günə kimi Bakı şəhərində buna tam nail olmaq mümkün olmayıb.

C.Bayramov şagird sıxlığının yaranmasının əsas səbəbini demoqrafik göstəricilərin yüksəlməsi ilə izah edib:

"Son 7-8 ildə Azərbaycanda demoqrafik göstəricilər yüksəlib. 90-cu illərin sonlarında demoqrafiya mənfi idi, müəyyən dövrlərdə məktəblərdə şagirdlərin sayında azalma müşahidə olunurdu. Bu gün isə bunun tam əksini yaşayırıq. Hər il 1-ci sinfə gələn şagirdlərlə məktəbi bitirən 11-ci sinif şagirdlərinin sayı arasında təxminən 50 minə yaxın fərq olur. Hər il məktəbə daxil olan şagirdlərin sayı daha çox olur. Təbii ki, bu, demoqrafik cəhətdən müsbət haldır, lakin öz növbəsində bir sıra aktual məsələləri gündəmə gətirir. Təbii ki, şagird sıxlığı ilə bağlı hesablamalar aparılır, müvafiq sənədlər, təkliflər hökumətə təqdim olunur".

OXŞAR XƏBƏRLƏR

"Mançester Siti"nin futbolçusundan HƏMKARINA: "Ən yaxşı oyunçudur"

"Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden komanda yoldaşı Kevin De Bruyneni İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu elan edib.   ...

"Azərkosmos" “Türksat”la kommersiya müqaviləsi BAĞLADI

Türkiyənin Ankara şəhərində keçirilən Mərkəzi Asiya regionunun kosmik agentlik rəhbərlərinin Kosmik Texnologiyalar Konfransında (STC2024)&nb...

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.   Sfera.az bu bar...

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...