Nazir ləyaqətli yaşamağın yollarını göstərdi...

Nazir ləyaqətli yaşamağın yollarını göstərdi...
"Biz alkoqollu içkilərin istehsalı sahəsində dövriyyələrin 1,8 dəfə artımına nail olmuşuq, halbuki alkoqollu içkilərə tətbiq olunan aksiz dəyişməyib, büdcə daxilolmalarında isə 3,2 dəfə artım qeydə almışıq”. 
Bunu Azərbaycanın Vergilər naziri Mikayıl Cabbarov İTV-də yayımlanan "Diqqət mərkəzi” verilişində dilə gətirib. Nazirin sözlərinə görə, bu proseslərə 2018-ci ildə başlanılıb, aksizli məhsullara nəzarət gücləndirilib.

"Aksizli məhsul deyəndə, biz, əsasən, alkoqollu içkilər və tütün məmulatlarını nəzərdə tuturuq. Birincisi, bu klasterlərdə fəaliyyət göstərən istehsalçılar arasında fiskal intizam arzuolunan səviyyədə deyildi və nəticə etibarilə bu, dövlət büdcəsi üçün əhəmiyyətli itkilərə gətirib çıxarırdı”, - deyə, M.Cabbarov qeyd edib.

O bildirib ki, tütün məmulatları sahəsində dövriyyələrdə 7,9 dəfə artım müşahidə olunur:

"Bunun obyektiv səbəbi ilin sonunda ölkədə yeni böyük istehsalçının fəaliyyətə başlamasıdır. Oraya böyük sərmayələr qoyulub, yeni iş yerləri açılıb. Büdcə daxilolmaları 6,8 dəfə artıb. Lakin bu sahədə biz aksizin dərəcəsini də qaldırmışıq”.

M.Cabbarovun sözlərinə görə, görülən tədbirlər nəticəsində Azərbaycanda istehlak bazarında qaçaqmal məhsulların satışının qarşısı əhəmiyyətli dərəcədə alınıb və bu da rəsmi dövriyyənin artım səbəblərindəndir:

"İkinci səbəb ondan ibarətdir ki, bir çox ölkələrdə, Azərbaycan da istisna deyil, bu tip məhsullar qaçaqmalçılar, qeyri-qanuni istehsalçılar tərəfindən cəlbedicidir, çünki qeyri-qanuni hərəkətlərin nəticəsində əldə oluna bilən gəlir marjası cinayətkarları bu işə cəlb edir və təbii olaraq, bunu dözülməz hal kimi qəbul edirik.

Bu, təkcə aksizlərə aid deyil, klasterlərə, vergi ödəyicilərinə də aiddir. Qanunla yaşamaq, fəaliyyətini şəffaf qurmaq, qanunvericilikdə nəzərdə tutulan vergini ödəmək, ləyaqətli və şərəfli fəaliyyət göstərib yaşamaq oğurluqla, vergidən yayınmaqla, qaçaqmalçılıqla məşğul olmaqdan daha düzgün yoldur”.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...