Nazarbayev prezidentləri barışdıracaq: Putinlə Zelenskini Qazaxıstanda görüşdürəcəm

Nazarbayev prezidentləri barışdıracaq: Putinlə Zelenskini Qazaxıstanda görüşdürəcəm
 

Qazaxstanın birinci prezidenti Nursultan Nazarbayev öz ölkəsində Rusiyanın dövlət başçısı Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında danışıqlar aparılmasını təklif edib.


Sfera.az RİA Novosti-yə istinadən xəbər verir ki, Nazarbayev hər iki ölkə başçısı ilə söhbətləşdiyini və tərəflər arasında görüşə ehtiyac olduğunu söyləyib.

"Mən cənab Zelenski ilə görüşüb onu dinlədim. Dünən isə Vladimir Putinlə Donbasdakı konfliktin sonrakı həlli ilə bağlı söhbət etdim. Hesab edirəm ki, Rusiya ilə Ukrayna prezidentlərinin ayrıca şəxsi görüşünə ehtiyac var”,- deyə Nazarbayev "Astana klubu” müzakirə platformasının iclasında bildirib.

 

 

Nazarbayevin sözlərinə görə, Ukrayna lideri "neytral ərazidə” görüşə razılaşıb: "Mənə elə gəlir ki, indi əlverişli məqamdır. Zelenski öz xalqının dəstəyini alıb və iradə nümayiş etdirərək bu məsələni həll edə bilər”.

 

Moskva ilə Kiyevin münasibətləri gərgin olaraq qalır. Ukrayna Rusiyanı ölkənin cənub-şərqində 5 ildən artıq davam edən münaqişədə iştirakda suçlayır. Moskva isə ittihamları rədd edir və iddia edir ki, bu ittihamlar qəbuledilməz və əsassızdır.

 

Xatırladaq ki, Qazaxstan artıq çoxtərəfli danışıqlara ev sahibliyi edib. Belə ki, 2017-ci ildə bu ölkədə Suriyada hərbi-siyasi vəziyyətin tənzimlənməsinə dair görüşlər keçirilib.

 

 

Sfera.az

Selcan


OXŞAR XƏBƏRLƏR