Naz Azərbaycan polisini təhqir etdi - DİN susur...

Naz Azərbaycan polisini təhqir etdi - DİN susur...
Belə bir klipdə Azərbaycan polisinin uniformasını geyinmək və bu formanın Azərbaycan polisinə aid olduğunu xüsusi jestlə təqdim etmək etik deyil. Bu, dövlət atributlarımıza və eləcə də polisimizin çiynində, qolunda daşıdığı simvollara qarşı böyük hörmətsizlikdir. DİN bununla bağlı açıqlama verməlidir.

Bu sözləri  yol-nəqliyyat eksperti  Elməddin Muradlı Ceyhun adlı müğənninin "No panic” adlı mahnısına çəkdirdiyi açıq-saçıq klipdə Türkiyədə qatıldığı evlilik verilişi ilə məşhurlaşan Naz Mila adlı azərbaycanlı xanımın əyninə Azərbaycan polisinin uniformasını geyinməsinə münasibət bildirərkən deyib.

E.Muradlı bildirib ki, bu klipi çəkənlər, onu hazırlayanlar etdikləri səhvin fərqində deyillər:

"Orada Azərbaycanın Daxili İşlər Nazirliyinin gerbi, simvolları var. Bu atributlar illərdir Azərbaycan polisinin, hətta əsgərlərinin çiynində və qollarındadır.

O cür kliplərdə belə vasitələrdən istifadə etmək yolverilməzdir, mədəniyyətsizlikdir, biabırçılıqdır. Belə düşünürəm ki, Daxili İşlər Nazirliyi buna mütləq cavab verəcək və yaxud verməlidir. Belə çəkilişlər zamanı polisin, əsgərin uniformasından istifadə edilərkən Daxili İşlər Nazirliyindən icazə alınmaldır, razılaşdırılmalıdır. Nazirliyə bildirilməlidir ki, bu çəkilişin, klipin süjeti necə olacaq. Belə açıq-saçıq bir klipdə polisimizin geyimindən istifadə etmək və o geyim altında biabırçı hərəkətlər etmək yolverilməzdir. O geyimi geyinən xanım yol polisi obrazını canlandırır. Bu, Azərbaycan polisinə təhqirdir”.

E.Muradlı bildirib ki, həmin görüntülər o açıq-saçıq klipdən çıxarılmalıdır:

"Klip Azərbaycanda çəkilməyib və bizə heç bir aidiyyəti yoxdur. Belədə sual yaranır: niyə aşıq-saçıq klipdəki "polis qadın” Azərbaycan polisinin formasında olmalıdır?”

Ekspert bildirib ki, bəlkə də hansısa Avropa klipində bu cür mənzərə normal qəbul edilə bilər, ancaq Azərbaycanın mental təfəkkürü polis formasının açıq-saçıq bir xanımın açıq-saçıq klipdə canlandırmasını qəbul etmir:

"Bizim kimi cəmiyyətlər bayraq, gerb kimi atributlara toxunulmaz nemət kimi baxır. Ona görə bu addımı qəti şəkildə pisləyirəm və hesab edirəm ki, Daxili İşlər Nazirliyi bununla bağlı addım atmalı, açıqlama verməlidir”.Axar.az

Qeyd edək ki, DİN hələlik bu barədə heç bir rəsmi açıqlama yaymayıb.

OXŞAR XƏBƏRLƏR

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...