Naxçıvanda qazanxanada partlayış oldu
13:46 / 29.05.2019
2184
Şərur rayonunda qazanxanada partlayış baş verib.
ONA -nın məlumatına görə, rayonun Alışar kəndində qazanxanada partlayış olub. Hadisə zamanı qazanxanada işləyən 1991-ci il təvəllüdlü Abbaszadə Meysəm Məmmədbağır oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Vəziyyətinin ağır olduğu bildirilən yaralı Bakıdakı Respublika Yanıq Mərkəzinə gətirilib.