Naxçıvan Konstitusiyasında dəyişiklik: 25 yaş məhdudiyyəti ləğv olundu

Naxçıvan Konstitusiyasında dəyişiklik: 25 yaş məhdudiyyəti ləğv olundu
 Milli Məclisin iclasında Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Layihəyə əsasən Naxçıvan MR Konstitusiyasının 8-ci (Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ) maddəsinin üçüncü hissəsində hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin "seçkilərdə iştirak etmək” hüququ, "seçilmək” hüququ ilə əvəzlənir. MR Konstitusiyasının 15-ci (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığına namizədlərə aid tələblər) maddəsinə edilən dəyişikliyə əsasən isə Muxtar Respublikanın Ali Məclisinə seçilən deputata aid tələblərdə minimum 25 yaş məhdudiyyəti ləğv edilir. Bildirilir ki, seçkilərdə iştirak etmək hüququna malik hər bir Azərbaycan vətəndaşı Məclisə deputat seçilə bilər.

Konstitusiyanın 19-cu (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından məhrum etmə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinə edilən əlavə bəndlərə görə deputatın mandatdan məhrum edilməsi barədə tələblər 5-dən 7-yə qaldırılır. Bunlar aşağıdakılardır:

– Bu Konstitusiyanın 23-cü maddəsinin II hissəsinin tələbini pozduqda (Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qanunlar və qərarlar Azərbaycan Respublikasının Konstitusiyası və bu Konstitusiya ilə müəyyən edilmiş qaydada qəbul edilir);

– Deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

Konstitusiyanın 29-cu (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə aid tələblər) maddəsinə edilən dəyişikliyə görə sədr seçilmək üçün minimum 30 yaş məhdudiyyəti ləğv edilir.

MR Konstitusiyasına edilən digər dəyişikliyə görə isə muxtar respublikanın baş naziri vəzifəsinə tələb olunan minimum 30 yaş məhdudiyyəti, muxtar respublikanın Nazirlər Kabineti üzvlüyünə tələb olunan minimum 25 yaş məhdudiyyəti ləğv olunur. Bunun əvəzinə "Naxçıvan MR Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir” tələbi təsbit edilir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib ki, bu nuna sösüz ki, səs verməliyik. "Ona görə ki, söhbət Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Azərbaycan Respblikasının Konstitusiyasına uyğunlaşdırlmasından gedir. Mən bir məsələni qeyd etmək istəyirəm. Vaxtilə də bunu parlamentdə qaldırmışdım və hesab edirəm ki, yenidən bu məsələnin üzərinə gəlməyə ehtiyac var. Belə ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri muxtar respublikanın rəhbəri kimi həm də icra hakimiyyətinin başçısı funksiyalarını yerinə yetirir. Bu, Azərbaycan Respublikası Konstitusiyası ilə ciddi ziddiyyət təşkil edir. Mən vaxtilə də söyləmişdim ki, bizim konstitusiyamızda hakimiyyət bölgüsü prinsipi ayrı ayrı fəsillərdə öz əksini tapıb. Qanunverici orqan, icra hakimiyyəti və məhkəmə hakimiyyəti. Amma muxtar respublikanın ali məclisinin sədri həm də icra xarakterli fərman və sərəncamlar imzalayır. Yəni konstitusiyanın bölgüsü prinsipi Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında öz əksini tapmayıb.

Buna görə də muxtar respublikanın rəhbəri vəzifəsinin konstitusiyada sərhədləri dəqiq müəyyənləşdirilməlidir. O, həm də icra hakimiyyəti funksiyalarını yerinə yetirir. Yəni qanunverici orqan tamamilə qanunverici funksiyaları yerinə yetirməlidir. Fikrimcə biz tövsiyə etməliyik ki, muxtar respublikada bu məsələyə yenidən baxılsın və muxtar respublikanın konstitusiyası Azərbaycan Respublikasının Konstitusiyasına tam mənada uyğunlaşdırılsın”.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...