Narkotik satan dəstə ifşa olundu – FOTO

Narkotik satan dəstə ifşa olundu – FOTO
Xətai rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri ifşa edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Verilən məlumata görə, əməliyyat Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, Narkotiklərlə Mübarizə Bölməsi və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri ifşa ediliblər.


Belə ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayətləri törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədov idarə etdiyi "Wolswagen” markalı avtomobillə birgə saxlanılıb.


Onun avtomobilinə baxış zamanı 25,324 qram narkotik vasitə heroin, 26 ədəd yüksək psixotrop tərkibə malik metadon həbi, bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, həmçinin yaşadığı evdən əlavə olaraq 101,686 qram heroin aşkar edililərək götürülüb.

Davam etdirilən tədbirlərlə M.Məmmədova heroini və psixotrop tərkibli həbləri satanların da şəxsiyyətləri qısa zamanda müəyyən edilib.


Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan dəstənin digər üzvləri, Lənkəran şəhər sakinləri Yalçın Qurbanov və Zamiq Cavadov da polislər tərəfindən saxlanılıblar.


Z.Cavadovun üzərində şəxsi axtarış aparılan zaman ondan 100,840 qram heroin və 100 ədəd metadon həbi, Y. Qurbanovdan isə 2,985 qram tiryək, idarə etdiyi avtomobildən isə 8 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.


İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvü Y.Qurbanov şəxsiyyəti məlum olmayan İran vətəndaşından narkotik vasitələri əldə edəndən sonra onları satmaq üçün hissə-hissə Z.Cavadovun vasitəsilə M.Məmmədova göndərib.


M.Məmmədov isə öz növbəsində Bakıda narkotik vasitələri satandan sonra əldə etdiyi pulu Lənkəran şəhərinə Y.Qurbanova göndərməli imiş.


Faktla bağlı saxlanılan şəxslər barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.








OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...