“Nar” kənd məktəbinə kitab və kompüterlər hədiyyə etdi

“Nar” kənd məktəbinə kitab və kompüterlər hədiyyə etdi
 "Nar” 23 aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini gerçəkləşdirib.

Mobil operator Cəlilabadın Təzəkənd kəndində yerləşən məktəbə 500-dən artıq kitab və elektron kitabxanaya giriş imkanı yaradan müasir kompüterlər hədiyyə etməklə kitabxananı yeniləyib. Təhsil nazirliyinin dəstəyi ilə keçirilən aksiyada məktəbə təqdim edilən kitablar əsasən məktəblilər üçün klassik və müasir ədəbiyyatı əhatə edir. Bura nağıllar, uşaq ensiklopediyası, uşaq ədəbiyyatı, lügətlər, dünya və Azərbaycan ədəbiyyatı nümunələri və bu qəbildən olan digər kitablar daxildir. 

Qeyd edək ki, kitablar Azərbaycan, Rus və İngilis dillərindədir. "Nar”-ın hədiyyə etdiyi kompüterləri məktəblilər həm informatika dərslərində, həm də elektron kitabxana kimi istifadə edə biləcəklər.

OXŞAR XƏBƏRLƏR