Namizədliyi təsdiqlənmiş 5 nəfər imza vərəqələrini MSK-ya təqdim etməyib

Namizədliyi təsdiqlənmiş 5 nəfər imza vərəqələrini MSK-ya təqdim etməyib
Prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün ayrılmış vaxt martın 12-də saat 18.00-da başa çatıb.
 
Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 27-də keçirilmiş iclasında Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin, martın 7-də keçirilmiş iclasında öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin, martın 10-da keçirilmiş iclaslında Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin namizədliyini qeydə alıb.

MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli APA-ya açıqlamasında bildirib ki, martın 12-i saat 18.00-dək Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Sərdar Cəlaloğlu, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Tural Abbaslı, Vətəndaş və İnkişaf Partiyası tərəfindən namizədliyi irəli sürülən Əli Əliyev doldurulmuş imza vərəqələri və digər zəruri seçki sənədlərini MSK-ya təqdim edib.

Beləliklə, Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) tərəfindən namizədliyi irəli sürülmüş partiyanın sədri Fuad Əliyev, öz təşəbbüsləri ilə namizədlikləri irəli sürülmüş Anar Umudov, Elşən Həsənov, Ramazan Bəkirov və Asif Məmmədov isə doldurulmuş imza vərəqələri və digər zəruri seçki sənədlərini MSK-ya təqdim etməyib, bununla da, onların seçki prosesində namizəd kimi iştirak etməyəcəkləri dəqiqləşib.

İnterpress.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...