Müştəri üstündə bıçaqlaşdılar-ŞAMAXIDA QANLI OLAY

Müştəri üstündə bıçaqlaşdılar-ŞAMAXIDA QANLI OLAY
Şamaxı rayonunda taksi sürcüləri müştəri götürmək üstündə dava edib, 1nəfər bıçaqlanıb.

Hadisə şəhər ərazisində yerləşən Avtovağzalda baş verib.

Belə ki, Şamaxıdan Bakıya müştəri aparmaq üçün taksi fəaliyyəti ilə məşqul olan, rayonun Şəhriyar qəsəbəsinin sakini, 1977-ci il təvəllüdlü Marid Məzahir oğlu Salahov digər taksi sürcüsü ilə müştəri götürmək üstündə mübahisə edib. Nəticədə taksi sürcüsü M.Salahovu bıçaqlayıb.

Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Xəstəxananın "Report"un yerli bürosuna bildirilib ki, M.Salahov bdənin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarətləri ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 
 

OXŞAR XƏBƏRLƏR