Müsəlman sərxoş olmadıqca içki içə bilər - FƏTVA

Müsəlman sərxoş olmadıqca içki içə bilər - FƏTVA

 

Beynəlxalq Müsəlman Birliyinin rəhbəri Mustafa Rəşid hər zaman verdiyi fətvalarla gündəm olmağı bacarır. Çıxışlarının birində müfti "Bir müsəlman sərxoş olmadıqca alkoqol istifadə edə bilər" deyib.

Sfera.az xəbər verir ki, a24.az deyilənlərin İslama nə dərəcədə uyğun gəlib-gəlmədiyini, bir din aliminin bu fikirləri sərbəst şəkildə müsəlmanlara elan etməkdə nə demək istədiyini, İslamda içkiyə göstərilən münasibətin necə olduğunu aydınlaşdırmaq üçün ilahiyyatçı Ceyhun Şükürovla əlaqə saxlayıb. Alimin fikirlərinə gülümsəyən ilahiyyatçı alkoqollu içkinin Allah tərəfindən birdən-birə qadağan olunmadığını söylədi:

"Başdan ayağa Qurani-Kərimə fikir versək, Allahın bizdən tələb etdiyi ayələrin axışına, onun gözəl səbəblərinə baxsaq, görərik ki, həmin o ilahiyyatçımı, alimmi deyim, onun verdiyi fətvalar tamamilə yanlış fətvalardır. Şərab və ya spritli içki barədə, Allah-Tala bugünkü gündə cəmiyyətimizin qanına işləyən şərabı birdən -birə qadağan etmədi. İçki haqqında soruşduqda, deyir onun ziyanı da var, faydası da, amma ziyanı daha çoxdur. Müəyyən bir müddət alışdıqdan sonra buyurur ki, namaza sərxoş halda yanaşmayın. Artıq o vaxtkı cəmiyyətdə müsəlmanlar 5 vaxt namaz qılanda sərxoş halda namaza yaxınlaşmırdılar. Artıq Quranın prinsipləri əsasında insanlar özlərini tərbiyyələndirməyə başladı. Və insanlar tam formalaşandan sonra sübh, günorta və axşam namazlarına sərxoş gəlmirdilər. Beləliklə, işçililərin sayı azalmağa başalyırdı. Müəyyən müddətdən sonra Maidə surəsində artıq o içkinin, qumarın şeytan əməli olduğunu, bunlardan uzaq olun, bəlkə siz də nicat tapasınız deyə ayə gəlir. Amma hansısa ilahiyyatçının sonradan çıxıb Allahın haram buyurduğuna qarşı müxalif fikirlər yürütməsi, fətvalar verməsi, şübhəsiz ki, düzgün deyil və qəbul olunmayacaq".

 


 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...