Müsavatın mitinqinin ən murdar siması: yenə də İsa Qəmbər - FİASKO

Müsavatın mitinqinin ən murdar siması: yenə də İsa Qəmbər - FİASKO

Mitinq iştirakçıları aksiya başa çatmamış stadionun ərazisini narazı şəkildə tərk ediblər

Müsavat partiyasının bu gün "Məhsul" stadionunda keçirdiyi aksiyası uğursuzluq yaşayıb. Milli.Az bildirir ki, SİA-ya daxil olan məlumata görə, partiyanın sabiq başqanı öz çıxışı zamanı dövlətçilik maraqlarına qarşı ifrat dərəcədə qərəzli və əsassız fikirlərə yer verərək, nəticədə özünü ifşa edib. Belə ki, dövlətin yürütdüyü demokratik siyasətə qarşı böhtan, şər və qarayaxma yolu ilə kölgə salmağa cəhd edən İsa Qəmbər danışığı əsnasında özünün hakimiyyətdə olduğu dövrləri unudub.

Xatırladaq ki, məhz AXC-Müsavat cütlüyünün iqtidarı zamanı İsa Qəmbər həm Ali Sovetin sədri, həm də dövlət başçısı vəzifəsini müvəqqəti icra edən şəxs kimi ölüm hökmünün icra edilməsinə imza atıb. Bununla o, ölüm hökmünün ləğvi istiqamətində başladılan prosesə göz yumaraq qaniçənlik, vəhşilik, qeyri-insanilik və murdarlıq nümayiş etdirmiş olub. Halbuki, həmin vaxtlar postsovet məkanında ölüm hökmlərinin ləğv olunması prosesinə başladılmışdı və ölkələr ölüm hökmünə məruz qalmış şəxslərə qarşı humanistlik göstərərək, qanunun rəsmi qəbulunu gözləyirdilər. Hələ o dövrdə AMİP sədri:  "İ.Qəmbər, sənin əlin bu xalqın qanına batıb", - deyirdi.

İsa Qəmbər isə bu prinsipləri ayaq altına ataraq, qeyri-insani və qeyri-demokratik addıma gedib, 10 nəfər insanın qətlinə öz murdar imzasını atıb.

Məlumatımıza görə, bugünkü mitinqdə "demokratiya", "insan haqları" və s. keyfiyyətlərdən dəm vuran İsa Qəmbərin məlum qərəzli fikirləri səsləndikdən sonra aksiyada iştirak edən bəzi insanlar onun simasızlığından təəccüblənərək, Müsavatın sabiq başqanına etiraz fiti səsləndirib "Məhsul" stadionunu tərk ediblər. İştirakçılar anlayıblar ki, Müsavatın keçirdiyi mitinq bilavasitə dövlətçiliyin və Azərbaycan xalqının maraqlarına qarşı təşkil olunub.

Xatırladaq ki, avqust ayının ortalarından başlayaraq, Müsavat rəhbərliyi Bakıda fəaliyyət göstərən bəzi Qərb səfirliklərinə çağırılaraq, mitinq keçirmək barədə təlimatlar alıb. Bunun üçün partiyaya 100 min dollar civarında maddi yardımın da olunduğu informasiyalar sırasındadır. 


OXŞAR XƏBƏRLƏR