Müsavatçılar İran səfirliyi qarşısında piket keçirmək istədilər

Müsavatçılar İran səfirliyi qarşısında piket keçirmək istədilər
 

Müxalif Musavat partiyasının fəalları Bakıda İran səfirliyi qarşısında piketi keçirməyə cəhd ediblər.

 

Sfera.az bildirir ki, xəbəri partiyanın mətbuat xidməti yayıb.

 

Polis əməkdaşları piket keçirmək cəhdinin qarşısını alıblar, bununla belə, fəallar "İçərişəhər" metro stansiyasının yanında siyasi şüarlar səsləndirməyə başlayıblar.

 

Aksiyanın bir neçə iştirakçısının saxlanıldığı bildirilir.


OXŞAR XƏBƏRLƏR