Cəmİyyət

Müsavat icazəsiz aksiya keçirəcək

Müsavat icazəsiz aksiya keçirəcək
Müsavat Partiyasının başqanı Arif Hacılı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən noyabrın 12-də BŞİH-in qarşısında piket keçirilməsinə icazə verilməməsinə münasibət bildirib.

Sfera.az xəbər verir ki Arif Hacılı bu barədə "Facebook" hesabında yazıb.

Partiya sədri icazə verilməməsinə baxmayaraq, noyabrın 12-i saat 15:00-da aksiya keçirəcəklərini qeyd edib.

Qeyd edək ki, Müsavat Partiyasının noyabrın 10-da Tofiq Bəhrəmanov adına Respublika Stadionunun önündəki meydanda, "Dərnəgül” metrostansiyasının çıxışındakı meydanda və ya Yasamal rayonunda yerləşən "Məhsul” stadionunda mitinq keçirmək istəyinə cavab olaraq BŞİH Lökbatandakı Qaradağ təlim idman bazasını təklif etmişdi. Müsavat da buna görə piket keçirməyə qərar vermişdi. 

BŞİH piketə icazə verməyib. Qeyd olunub ki, həmin ərazidə təhsil müəssisələrinin yerləşməsi və nəqliyyatın intensivliyini nəzərə alaraq orada piket keçirmək ictimai asayişim təmin edilməsinə çətinlik yaradacaq.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930