“Müəllim peşəsi rəqabətli və maraq doğuran peşəyə çevrilib” - Ceyhun Bayramov

“Müəllim peşəsi  rəqabətli və  maraq doğuran peşəyə çevrilib” - Ceyhun Bayramov
 

Bu gün Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.

Sfera.az APA-a istinadla bildirir ki,  açılış mərasimində təhsil naziri Ceyhun Bayramov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, təhsil ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak edib.

Təhsil naziri Ceyhun Bayramov çıxışında "Bilik Günü" və məktəbin açılışı münasibətilə təhsil işçilərini, şagird və valideynləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb.

 

Nazir bildirib ki, son illər dövlət investisiya rroqramları və ölkə Prezidentinin sərəncamları ilə ölkədə çoxlu sayda yeni məktəblər tikilib və ya əsaslı təmir olunub. Təkcə bu dərs ilində ölkədə 84 yeni məktəb tikilib. Yeni dərs ili münasibəti ilə onlardan 43 məktəbin açılışı keçirilib. Qalan 41 məktəb isə ilin sonunadək təhvil veriləcək.

C.Bayramov qeyd edib ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin təhsil şəraitini yüksəldir: "Görülən tədbirlər nəticəsində müəllim peşəsi ən rəqabətli və böyük maraq doğuran peşəyə çevrilib. Bu ilki qəbul kampaniyasının nəticələrinə əsasən, 500 baldan yüksək bal toplayan hər 4 nəfərdən biri birinci müəllim peşəsini seçib, bu, Azərbaycan təhsilinin gələcəyinə böyük ümidlə baxmağa imkan verir”.

Nazir daha sonra yeni məktəbdə yaradılan şəraitlə tanış olub. 

Qeyd edək ki, 960 yerli orta məktəb binasının tikintisinə ötən ilin dekabr ayında başlanılıb.  Üçmərtəbəli təhsil ocağında 40 sinif, 6 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və komrüter otaqları, idman, akt, oxu zalları, kitabxana və 234 yerlik yeməkxana var. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...