MTRŞ: \"Özlərinə ekstrasens deyən şəxslər efirdə tamaşaçıya hörmətsizlik edir\"

MTRŞ: \
"Müzakirə verilişlərində, tok-şoularda ciddi, ictimai əhəmiyyət kəsb edən mövzuların müzakirəsi zəruridir və buna tamaşaçının ehtiyacı var. Kim deyirsə, belə mövzular tamaşaçı üçün maraqlı deyil, səhv edir".
 
Sfera.az bildirir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O qeyd edib ki, cəmiyyətdə ekstrasenslər, öncəgörənlər də kimlər üçünsə maraqlıdır: "Aktuallıq kəsb edərsə, ciddi ekspertlərin iştirakı ilə belə mövzuları da hərdən müzakirəyə çıxarmaq olar. Lakin bu, davamlı şəkil alanda başqa meyllər hiss olunur. Hazırda bəzi telekanallar bu mövzuları reytinq xatirinə mütəmadi olaraq gündəmdə saxlamaq xətti seçib. Hətta bəzən aparıcıların da buna məcbur olduğu müşahidə edilir. Çünki onlardan reytinq  tələb olunur. Əlbəttə, bu, xoşagələn hal deyil. Lakin elə kanallar da var ki, onların efirində qətiyyən belə hallar yaşanmır. Deməli, "ekstrasens”lərsiz də reytinq yığmaq olar".

T. Dadaşov qeyd edib ki, xüsusən "Space" telekanalında yayımlanan "El bizim, sirr bizim” verilişində son vaxtlar cəmiyyətdə ekstrasens, şəfaverici kimi tanınan bəzi şəxslər tez-tez görünür: "Bütün hallarda onlar efirə tez-tez çıxdıqca, reklam olunurlar. Bəzən həmin ekstrasenslər insanların sağlamlığında özlərini həkimlərdən daha vacib rol sahibi kimi təqdim edirlər. Təəssüf ki, aparıcılar da ekstrasenslərin təkəbbürlü çıxışlarının qarşısını almağa çalışmırlar. Bu da onların əl-ayağını açır. Özlərinə ekstrasens deyən həmin şəxslər son vaxtlar özlərini o dərəcədə arxayın hiss edirlər ki, efirdə tamaşaçıya, iştirakçıya hörmətsizlik edir, yersiz emosionallıq, efir etikasına zidd davranışlar sərgiləyirlər. Bütün bunlar ciddi narahatlıq yaradır. Sanki kanalların, aparıcıların həmin "ekstrasens”lərdən asılılığı təəssüratı yaranır. Bu cür hallar monitorinqlərin predmetidir və mütəmadi olaraq Şura rəhbərliyinə məruzələr edilir". 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...