MTRŞ: \"Vətəndaşlar şikayət edir, efirlərdə cinsi zəiflik açıq şəkildə...\"

MTRŞ: \
"Bir sıra tibbi verilişlərdə mütəmadi olaraq kişi və qadınlarda cinsi zəiflik və digər bu kimi mövzuların açıq şəkildə, təfərrüatlı müzakirəyə çıxarılması efirdə xoş mənzərə yaratmır. Əslində, tibbi maarifləndirmə baxımından bu tip mövzuların efirdə müəyyən səviyyədə müzakirəsi məqbul hesab edilə bilər. Lakin hazırda efirə gedən verilişlərdə sözügedən mövzu ətrafında lüzumsuz bir şəkildə açıq-saçıqlığa yol verilir ki, bu da xoşagəlməz mənzərəyə, tamaşaçıların haqlı narazılığına səbəb olur”.

Bunu "Report”a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, belə hallarla bağlı MTRŞ-ya çoxsaylı vətəndaş şikayətləri, zənglər daxil olur:

"Kanalların bu cür mövzularla verilişlərinə reytinq qazanmağa çalışmaları təəssüf doğurur. Burada diqqətçəkən məsələlərdən biri də bu cür mövzuların müzakirə edildiyi verilişlərə əsasən özəl klinika və həmin klinikaları təmsil edən həkimlərinin dəvət edilməsi və onların reklam edilməsidir”.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...